“Onları çıxarmağa çalışanda əlləri, ayaqları qopurdu” – Qazi DƏHŞƏTLƏRİ DANIŞDI

“Onları çıxarmağa çalışanda əlləri, ayaqları qopurdu” – Qazi DƏHŞƏTLƏRİ DANIŞDI

Vətən müharibəsində canını fəda edən igidlərimizdən biri də 19 yaşlı qazi Hacıyev Məhəmməd Hacı oğludur.

Sonxeber.az xəbər verir ki, qazimiz başına gələnləri kağıza yazaraq bildirib. Komadan ayılandan sonra Məhəmməd döyüş haqqında danışarkən “18 nəfər idik, yeməyə bir-bir gedirdik. Növbə mənim idi, yeməyə getdim, qayıdanda gəlib gördüm ki, minamyot düşüb və 17 nəfər də şəhid olub. Mən döyüş yoldaşlarımı həmin ərazidən çıxarmağa çalışırdım, amma, əllərindən tuturdum əlləri, ayaqlarından tuturdum ayaqları qopurdu.

Nə edəcəyimi bilmirdim. Sonra tək yol kimi, gedib başqa komandaya qoşuldum”.

Qeyd edək ki, Məhəmməd snayper gülləsi ilə yaralanıb. Güllə üzünün bir tərəfindən girib, digər tərəfindən çıxıb. Qazimizin hələ 2-3 dəfə əməliyyat olunacağı deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × five =