Onlarla sionist mühacir Məscidül-Əqsaya hücum edib

Onlarla sionist mühacir Məscidül-Əqsaya hücum edib

Fələstin mediası sionist rejim polis qüvvələrinin himayəsi altında onlarla sionist mühacirin qanunsuz olaraq Məscidül-Əqsaya daxil olması barədə məlumat yayıb.

Onlarla sionist mühacir bu bazar günü fələstinlilərin müqəddəs yerlərinə qarşı təcavüzü davam etdirərək, Məscidül-Əqsaya hücum edib.

İşğal altında olan Qüdsün İslam Vəqfləri İdarəsi elan edib ki, onlarla sionist mühacir Babəl-Məğrəbədən Məscidül-Əqsaya daxil olaraq, təxribat xarakterli hərəkətlər edib və Məscidül-Əqsanın həyətlərində Talmud ayinini yerinə yetirməyə başlayıblar.

Fələstin Xəbər Agentliyinin (Vəfa) verdiyi məlumata görə, sionist mühacirlər Məscidül-Əqsanı zaman və məkan baxımından bölüşdürmək məqsədilə demək olar ki, hər gün bu müqəddəs məscidə hücum edirlər.

Digər tərəfdən, Fələstin Muxtariyyətinin Xarici İşlər Nazirliyi bir bəyanatda bütün ölkələri fələstinlilərə qarşı cinayət törədən sionist köçkün qrup və təşkilatların adlarını terror siyahısına salmağa çağırıb.

Bu bəyanatda Beynəlxalq Cinayət Məhkəməsindən susqunluğunu pozması və işğalçı rejim və məskunlaşanların cinayətləri ilə bağlı araşdırmanı tez bir zamanda başa çatdırması istənilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 − five =