OPEC: Qazaxıstan və Azərbaycan Avropanın enerji təhlükəsizliyində strateji rol oynayacaq


Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
OPEC-in yaydığı son hesabatda bildirilir ki, Qazaxıstan və Azərbaycan yaxın illərdə Avropanın neft təchizatında daha mühüm rol oynayacaqlar. Təşkilat vurğulayıb ki, bu iki ölkə enerji resurslarının şaxələndirilməsində və qlobal bazarda sabitliyin təmin olunmasında aparıcı tərəfdaşlara çevrilir.
Xüsusilə Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə enerji ixracını genişləndirməsi və Qazaxıstanın Xəzər dənizi üzərindən Avropa bazarlarına çıxış imkanları bu tendensiyanı gücləndirir.
Avropa İttifaqının enerji strategiyasında da region ölkələrinin yeri daha da artmaqdadır. OPEC-in proqnozuna görə, 2030-cu ilə qədər Azərbaycan və Qazaxıstan neft tədarükündə Avropanın əsas təchizatçılarından biri ola bilər.