Ordumuz erməni mövqelərinin 90 faizini tutub – Qasparyandan ETİRAF

Ordumuz erməni mövqelərinin 90 faizini tutub – Qasparyandan ETİRAF



Publika.az
 xəbər verir ki, bu barədə ermənilərin “Qara Pantera” dəstəsinin komandiri Serob Qasparyan deyib.

Onun sözlərinə görə, Azərbaycan ordusu Cermuka vizual nəzarət edir: “Cermukun “Gömer” adlanan hissəsindən cəmi 4 kilometr məsafədə azərbaycanlıların mövqeləridir. Yollar çəkir, mühəndislik işləri görürlər. Cermuk istiqamətində bütün strateji yüksəkliklər Azərbaycanın nəzarətindədir. Əvvəlki mövqelərimizin 90 faizini itirmişik. Bir-birindən 1, 2, 3, yaxud 4 kilometr məsafədə olan 15 mövqeyimizdən geri çəkimişik”.

Serob Qasparyan deyir ki, Azərbaycan əsgəri qarışqa kimi işləyir.

“Bizim əsgərlərimiz piyada gəzir yeməx axtarır, amma azərbaycanlılar sürətlə keyfiyyətli yollar salır. Bu yollar elədir ki, hətta sərnişin avtomobilləri də dağların arasından sürətlə keçə bilər. Onlar əsgərlərini düşündükləri üçün səngər qazır, dəmir-betok istehkamlar yaradırlar”, – erməni komandir bildirib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve + nineteen =