Ordumuzun hərbçisi faciəvi şəkildə öldü

Ordumuzun hərbçisi faciəvi şəkildə öldü

Azərbaycan ordusunun hərbçisi həlak olub.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumatlarda bildirilir ki, hərbçimiz qar uçqununa düşərək həyatını itirib.

Müdafiə Nazirliyindən isə bildirilib ki, hadisə fevralın 8-də saat 17 radələrində baş verib.

 “Xidmət yerini özbaşına tərk edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Savalan Hüseyn oğlu qar uçqununa düşərək vəfat edib. Faktla bağlı araşdırma aparılır”.

Qeyd edək ki, Savalan Hüseynov Gədəbəy rayonu, Əlinağılar kənd sakinidir. Hərbçi bu gün dəfn olunacaq.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 − 10 =