Ötən 1 ay ərzində Sudanı 200 min nəfər tərk edib

Ötən 1 ay ərzində Sudanı 200 min nəfər tərk edib

Sudanda döyüşlərin başlamasından ötən 1 ay ərzində ölkəni 200 000 nəfər tərk edib.

APA xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının mətbuat katibi Olqa Sarrado Cenevrədə jurnalistlərə açıqlamasında deyib.

O, ölkəni tərk etmək məcburiyyətində qalanların gündəlik təhlükəsizlik qayğıları ilə üzləşdiyini vurğulayıb.

Təşkilatın həftənin əvvəlində paylaşdığı statistikaya əsasən, ölkə daxilində daha 700 000 sudanlı qaçqına çevrilib. Bundan başqa, 750 nəfərin həlak olduğu, 5000 nəfərin isə yaralandığı bildirilir.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 4 =