Ötən ay 900 fələstinli sionistlər tərəfindən həbs edilib

Ötən ay 900 fələstinli sionistlər tərəfindən həbs edilib

Fələstinli Məhbusların Araşdırma Mərkəzi bazar ertəsi gecə yaydığı hesabatda sionistlərin keçən ay (aprel) 900 fələstinlini həbs etdiyini açıqlayıb.

İRNA-nın Şahab Xəbər Agentliyinə istinadən verdiyi məlumatına görə, Fələstin Məhbusları Araşdırma Mərkəzinin hesabatına əsasən, aprel ayında 120-si uşaq və 17-si qadın olmaqla 900 fələstinli sionist qüvvələr tərəfindən həbs edilib.

Bu hesabata əsasən, sionist hərbçilər tərəfindən həbs edilmiş 660 nəfər işğal olunmuş Qüdsdən və yerdə qalan məhbuslar Fələstinin digər bölgələrindəndir.

Bu hesabat əlavə edir ki, mübarək Ramazan ayının ortalarında sionist qüvvələrin Əl-Əqsa məscidinə hücumu zamanı 65 fələstinli gənc həbs edilib.

Həmçinin bildirilir ki, sionist rejim fələstinlilərə qarşı 265 inzibati həbs (müvəqqəti və qeyri-müəyyən müddətə həbs) qərarı verib.

2022-ci ildə sionist hərbçilər İordan çayının qərb sahil və işğal olunmuş Qüdsdə yeddi minə yaxın fələstinlini həbs edib ki, onlardan da 3 mini işğal altında olan Qüdsdəndir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve + three =