Ötən gecə Tel-Əvivdəki hücumda sionistlərin itkiləri artaraq 3 nəfərə çatıb

Ötən gecə Tel-Əvivdəki hücumda sionistlərin itkiləri artaraq 3 nəfərə çatıb

Ötən gecə Tel-Əvivdə bir restorana hücum zamanı sionistlərin itkiləri artaraq 3 nəfərə çatıb.

Ötən gün Təl-Əvivdə bir restoranda açılan atəş nəticəsində yaralanan bir sionist aldığı xəsarətlərdən ölüb.

Bu sionistin ölümü ilə əməliyyat zamanı sionist itkilərinin sayı 3 nəfərə yüksəlib.

Ötən gecə Tel-Əvivdəki bir restoranda baş verən atışma işğal olunmuş ərazilərdə fələstinli gənclərin üç həftədən az müddətdə dördüncü şəhidlik əməliyyatıdır.

Ötən gecə baş vermiş əməliyyat nəticəsində daha 9 sakin yaralanmışdı.

Tel-Əviv yaxınlığındakı Bəni-Bərakda şəhadət əməliyyatından cəmi bir həftə sonra həyata keçirilən dünən gecəki Tel-Əviv əməliyyatı sionist rejimin bu cür əməliyyatlara qarşı çıxa bilməməsinə görə sionistləri qəzəbləndirib və Naftali Bennetin istefasını tələb edən yazılar kiber məkanda dərc edilib.

Tel-Əvivdə yaşayan sionistlər kiberməkanda təkcə Tel-Əvivin deyil, işğal olunmuş Fələstinin digər hissələrinin də qorxu və təşvişindən yazıblar.

Martın 23-də Fələstinin cənubundakı Birəs-Səbə şəhərində bıçaqlı hücum nəticəsində 4 sionist həlak olub.

Bununla bağlı Fələstində İslami Cihad hərəkatının liderlərindən biri olan Davud Şahab son şəhadət əməliyyatlarına cavab olaraq vurğulayıb ki, bu əməliyyatlar Fələstin xalqının işğalçı rejimin məhbuslarla bağlı düşmənçilik siyasətinə qarşı artan qəzəbini göstərir.

Şahab aydınlıq gətirib: İşğalçı rejim zülm və kobudluğunun bədəlini ödəyəcək və onların terror və düşmənçilik siyasətləri qarşısında Fələstin xalqının öz qərarlılığını gücləndirmək gücü və iradəsinə malik olduğunu anlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen + nineteen =