Ötən gün Qəzzaya humanitar yardımla dolu daha 98 yük maşını daxil olub

Ötən gün Qəzzaya humanitar yardımla dolu daha 98 yük maşını daxil olub

Humanitar yardım daşıyan ən azı 98 yük maşını bazar ertəsi günü Rəfah keçid məntəqəsi vasitəsilə Qəzza zolağına daxil olub.

Bu barədə İsrail hökumətinin Fələstin ərazilərində fəaliyyətin koordinasiyası üzrə idarəsi X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Qeyd edilib ki, Qəzza zolağına 42 yük maşını ərzaq (963 ton), 14-ü tibbi avadanlıq (176 ton), 19-u su (380 ton), 15-i müvəqqəti yerləşdirmə mərkəzlərinin işinin təşkili üçün zəruri olan əşyalar (225 ton) və daha çox 8 – qarışıq yük (137 ton) çatdırılıb.

Qəzza zolağına humanitar yardımın çatdırılması Yaxın Şərqdə münaqişənin gərginləşməsinin başlamasından iki həftə sonra oktyabrın 21-də başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 + two =