Ötən il 11 sionist əsgərin intiharı
İsrail ordusu ötən il müxtəlif hadisələrdə 31 əsgərinin öldürüldüyünü açıqlayıb.
İsrail ordusunun işçi qüvvəsi departamenti 2021-ci il hesabatında son bir ildə 11 əsgərin intihar etdiyini bildirib.
Məlumata görə, ötən il hərbi əməliyyatlar zamanı qəzalar, intihar, xəstəlik, və müxtəlif səbəblərdən İsrail ordusunun 31 əsgəri tələf olub.
İsrailin “Həyum” qəzeti yazıb ki, ordu 10 sionist əsgərin ordu bazaları xaricindəki yol qəzalarında, altısının xəstəlik səbəbindən, ikisinin isə təfərrüatları açıqlanmayan digər hadisələrdə həlak olduğunu bildirib.
“Rəy Əl-Yəvm” qəzetinin məlumatına görə, bir sionist əsgərinin özününkülərə yanlışlıqla atəş açması nəticəsində bir əsgər və Qəzzə zolağından atılan tank əleyhinə raketlə də bir sionist hərbiçi öldürülüb.
Məlumata görə, 2021-ci ildə 11 sionist əsgər intihar edib ki, bu da 9 əsgərin intihar etdiyi 2020-ci illə müqayisədə artım deməkdir.