Ötən il 78 fələstinli uşaq şəhid olub

Ötən il 78 fələstinli uşaq şəhid olub

Fələstinli Uşaqların Müdafiəsi Günü münasibətilə işğalçı rejim tərəfindən əsir və ya şəhid olan fələstinli uşaqlarla bağlı yeni statistik məlumatlar açıqlanıb.

Hər il aprelin 5-nə təsadüf edən Fələstinli Uşaqlar Günü münasibəti ilə Fələstinli Əsirlər Assosiasiyası bu gün bir hesabat yayaraq, sionist rejimin 2015-ci ildən bəri 9000-dən çox və 2000-ci ilin sentyabrından başlayan ikinci intifazədən bəri isə 19 mindən çox fələstinli uşağın həbs edildiyini bildirib.

Bu uşaqların bəzilərinin 10 yaşından kiçik olduğu bildirilir.

Fələstin Əsirləri Assosiasiyasının məlumatları göstərir ki, sionist rejimin işğal olunmuş zindanlarındakı fələstinli əsir və məhbusların sayı 2022-ci ilin fevral ayının sonuna qədər, təqribən, 4400 məhbusa çatıb.

Onlardan 160-ı uşaq məhbus olub. Bu insanlar hələ də həbsdə olduqları üçün həbs olunarkən zorakılığa məruz qalmaqla yanaşı, uşaqlıq dövründən, o cümlədən, təhsillərini davam etdirməkdən məhrum ediliblər.

Fələstin Əsirləri Assosiasiyası bildirib ki, yeniyetmələrin verdiyi ifadələr göstərir ki, onların əksəriyyəti sionistlər tərəfindən fiziki və ya psixoloji işgəncələrə məruz qalıblar ki, bu da beynəlxalq qanunlar, uşaq hüquqları ilə bağlı müqavilə və konvensiyaların açıq şəkildə pozulması deməkdir.

Beynəlxalq Fələstinli Uşaqları Müdafiə Təşkilatının təqdim etdiyi rəqəmlərə görə, keçən il 18 yaşından kiçik 78 fələstinli uşaq şəhid olub. Həmçinin, İordan çayının qərb sahilində 17, Qəzza zolağında isə 61 uşaq şəhid olub. Onlardan 26-sı 8 yaşdan kiçik və 17-si isə 9-12 yaş arasında olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − 15 =