Ötən il Fransada din əleyhinə aktların 48%-i anti-semit və anti-müsəlman xarakterli olub
Fransada fəaliyyət göstərən Daxili Təhlükəsizlik üzrə Düşüncə Mərkəzi (CRSI) ötən il ölkədə baş vermiş din əleyhinə aktların statistikasını açıqlayıb.
APA xəbər verir ki, Mərkəzin məlumatına görə, 2021-ci ildə Fransada din əleyhinə 1659 akt qeydə alınıb.
Qeyd edilib ki, din əleyhinə hərəkətlərin 857-si (52%) anti-xristian, 589-u (35%) anti-semit, 213-ü isə (13%) anti-müsəlman xarakterli olub.
2020-ci ildə Fransada 1386 din əleyhinə hücum qeydə alınmışdı.
Apa.az