Ötən il İranın ticarət dövriyyəsi 180 milyard dollar olub

Ötən il İranın ticarət dövriyyəsi 180 milyard dollar olub

Mərkəzi Bankın iqtisadiyyat üzrə sədr müavini Mərkəzi Bankın tədiyə balansına əsaslanaraq hicri şəmsi təqvimilə 1402-ci (mart 2023-2024) ildə İranda 180 milyard dollarlıq ticarət dövriyyəsi olduğunu açıqlayıb.

İRNA-nın Mərkəzi Bankdan verdiyi xəbərə görə, Məhəmməd Şirician bununla bağlı bildirib: Mərkəzi Bankın tədiyyə balansına əsasən, 1402-ci ildə biz 100 milyard dollar ekvivalentində mal ixrac etmişik ki, bu da 1401-ci ildəkindən üç faiz çoxdur. 

O, sözlərinə belə davam edib: Malların idxalı 6,2% artaraq 80 milyard dollara bərabər olub. 

Şirician əlavə edib: Ümumilikdə 1402-ci ildə İranın ticarət dövriyyəsi 180 milyard dollara bərabər olub, mal hesabı da bu il müsbət 20,5 milyard dollara bərabərdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 + 19 =