Ötən il orta statistik azərbaycanlı ayda 161 manatlıq ərzaq məhsulları istehlak edib – QRAFİK

Ötən il orta statistik azərbaycanlı ayda 161 manatlıq ərzaq məhsulları istehlak edib – QRAFİK

2020-ci ildə orta statistik Azərbaycan vətəndaşı əməkhaqqının azı 22,8%-ni ərzaq məhsullarına xərcləyib.

Ötən il orta statistik azərbaycanlı ortalama bir ay ərzində 160,7 manatlıq ərzaq məhsulları istehlak edib ki, bu da ölkə üzrə orta aylıq nominal əməkhaqqının (703,5 manat) 22,8%-ni təşkil edir. İnsanlar tək və ailə şəkilində yaşadığını nəzərə alsaq, bu göstərici minimaldır.

Qeyd edək ki, əhalinin ərzaq məhsullarına xərcləri dekabrda maksimuma çatıb. Həmin ay əhali ortalama adambaşına 240,4 manatlıq sözügedən məhsullardan istehlak edib ki, bu da orta əməkhaqqının 34%-nə bərabərdir. Xərclərin aşağı olduğu ay isə artıq COVID-19 pandemiyasının tüğyan etdiyi may ayı (85,63 manat – əməkhaqqının 12%-i) olub.

APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight + 9 =