Ötən saatlarda sionistlərə qarşı 142 əməliyyat keçirilib
Fələstin mənbələri İordan çayının qərb sahili və işğal olunmuş Qüdsün müxtəlif bölgələrində anti-sionist əməliyyatların artdığını bildiriblər.
Mehr xəbər agentliyinin Əl-Məsirə-yə istinadən verdiyi məlumata görə, sionist rejim əsgərləri bu gün səhər saatlarında İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə hücum ediblər. Sionist əsgərlər bir neçə fələstinlini həbs ediblər.
Fələstin mənbələri sionist qüvvələrin Ceninin Sila qəsəbəsinə hücum edərək bir evi mühasirəyə aldıqlarını açıqlayıblar. Fələstinli döyüşçülərin müqaviməti ilə üzləşən bu əsgərlər kömək üçün bölgəyə daha çox əsgər gətiriblər.
Nablusda fələstinlilərlə sionist əsgərlər arasında qarşıdurma baş verib. Fələstin səhiyyə mənbələri təcili yardım qruplarının 22 yaralıya müdaxilə etdiyini açıqlayıb.
Sionist rejimin əsgərləri Hebrondakı Əl-Fəvar düşərgəsinə də hücum edib və əsgərlərlə düşərgənin sakinləri arasında münaqişə başlayıb və sionist əsgərlər döyüş güllələrindən istifadə ediblər.
Eyni zamanda, Muti Fələstin Statistika Mərkəzi son 24 saat ərzində İordan çayının qərb sahilində və işğal olunmuş Qüdsdə anti-sionist əməliyyatlarının artdığını və bu əməliyyatlarda bir əsgərin öldüyünü, 8 əsgərin isə yaralandığını bildirib.
Bu mərkəz İordan çayının qərb sahilində və Qüdsdə 142 anti-sionist əməliyyatı keçirildiyini elan edib.
Bura Cenində qarşıdurmalar və 16 bomba partlayışı, sionist mühacirlərlə qarşıdurma və onların avtomobillərinə hücum daxildir.
Cenindən kənarda fələstinli döyüşçülər 5 atışma əməliyyatı həyata keçirib və fələstinli gənclər sionist əsgərlərin üzərinə yandırıcı maddələr atıblar.
Qüdsün köhnə hissəsində 5 sionist mühacir daşlarla hücumu nəticəsində yaralanıb.
Ramallahda Əl-Bira yaxınlığındakı Beyt İldə sionist əsgərlərə partlayıcı maddələr atılıb. İordan çayının qərb sahilində 58 yerdə toqquşmalar baş verib.
Eyni zamanda Ceninə dəstək yürüşü keçirilib.