Ottavada etirazçılar üç həftədir aksiya keçirir
Kanadanın Ottava şəhərində yük maşınlarının koronavirus məhdudiyyətlərinə qarşı etiraz aksiyası on beşinci gündür davam edir.
APA TASS-a istinadən xəbər verir ki, etirazçılar tələbləri yerinə yetirilməyənə qədər aksiyanı davam etdircəklərini bildirirlər.
Etirazçılar aksiyada onların polis tərəfindən zorakılıqla dağıdılmasından qorxmurlar.
Şənbə günü Ottavanın mərkəzi yenidən avtomobillər və etirazçılarla dolub.
Apa.az