Oxfam: Günahsız fələstinli uşaqlar Britaniya silahları ilə öldürülür

Oxfam: Günahsız fələstinli uşaqlar Britaniya silahları ilə öldürülür

İngiltərədə yerləşən beynəlxalq yardım təşkilatı Oxfam-ın icraçı direktoru Həlimə Begum Qəzzada günahsız fələstinli uşaqlar və onların valideynlərinin ingilis silahları ilə öldürüldüyünü bildirərək, İngiltərə silahlarının sionist rejimə satılmasını pisləyib.

Oxfam beynəlxalq yardım təşkilatının icraçı direktoru Guardian-a verdiyi müsahibədə bu ölkənin hökuməti tərəfindən “İngiltərənin sionist rejimə silah satışını dayandırmaq tələblərinin” rədd edilməsindən sonra deyib: Londonun Qəzzaya humanitar yardım göstərərkən İsrailə silah satması intellektual və əxlaqi baxımdan uyğun deyil.

Aprel ayında Oxfam-ın icraçı direktoru vəzifəsinə təyin edilmiş və işğal altındakı İordan çayının qərb sahilinə işgüzar səfərindən yenicə qayıdan Begum, İngiltərənin sionist rejimə silah satışını dayandırmalı olduğunu bildirərək, deyib: London eyni zamanda Qəzzaya humanitar yardım göndərə və bu bölgədə sülh yaratmaq istəyindən danışaraq, eyni zamanda bombalarını İsrailə (rejimə) verə bilməz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × two =