Özbəkistana 5 raket atıldı

Özbəkistana 5 raket atıldı

Publika.az xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“İyulun 5-də saat 16:20 radələrində Əfqanıstan ərazisindən atılan beş raketin Özbəkistanın sərhəd ərazisinə düşdüyü ehtimal edilir. Bundan sonra partlayış baş verməyib. Tələfat və dağıntılar barədə məlumat verilməyib”, – məlumatda deyilir.

Nazirliyin məlumatına görə, Özbəkistanın cənubundakı Termez şəhərində dörd fərdi evə cüzi ziyan dəyib. Beşinci mərmi futbol meydançasında tapılıb. Onlar bomba mütəxəssisləri tərəfindən zərərsizləşdirilib. Özbəkistanın hüquq-mühafizə orqanları Əfqanıstan tərəfi ilə birlikdə insidentlə bağlı araşdırma aparır.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − eleven =