Özbəkistanda Prezident seçkilərinin nəticələri açıqlanıb
“Özbəkistanın hazırkı prezidenti, Özbəkistan Liberal Dermokrat Partiyası sədri Şavkat Mirziyoyev ötən gün keçirilən prezident seçkilərində səslərin 80,1 faizini toplayaraq yenidən dövlət başçısı seçilib”.
Bunu ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Zeynəddin Nizamxocayev bildirib.
Onun sözlərinə görə, rəsmən qeydiyyatda olan 20.158.907 seçicinin 16.212.343 nəfəri səsvermədə iştirak edib. Bu da 80,4 faiz seçici fəallığı deməkdir.
Rəsmi nəticələrə görə, Özbəkistan Xalq Demokrat Partiyası sədri Maqsudə Varisova ikinci yeri tutub. O, seçicilərin 6,6 faizinin dəstəyini qazanıb. Özbəkistan Milli Tiklanış (Milli Bərpa) Demokratik Partiyasından Əlişir Qadirov 5,5 faiz, Özbəkistan Ekoloji Partiyasından Nərzulla Ablamuradov 4,1 faiz, Özbəkistan “Ədalət” Sosial Demokrat Partiyasından Bəhram Əbdühəlimov isə 3,4 faiz səs toplayıb.
Report