Pələng 9 nəfəri öldürdü: Təhlükəsizlik qüvvələri xüsusi əməliyyat keçirdi

Pələng 9 nəfəri öldürdü: Təhlükəsizlik qüvvələri xüsusi əməliyyat keçirdi

Hindistanın Bihar əyalətində 9 nəfəri parçalayan pələng təhlükəsizlik qüvvələrinin təşkil etdiyi əməliyyatda öldürülüb.

Lent.az BBC-ə istinadən xəbər verir ki, əyalətin Çamparan bölgəsində 9 nəfərin ölümünə səbəb olan pələngə qarşı 200 polislə əməliyyat keçirilib.

Pələngin yerini müəyyən etmək üçün aparılan əməliyyatda fillərdən də istifadə edilib. Aşkar edildikdən sonra 3 yaşlı pələng öldürülüb.

Ştatın vəhşi təbiətin mühafizəsi üzrə direktoru Kumar Qupta bildirib ki, əməliyyat pələngin insan həyatı üçün təhlükəli hesab edildiyi üçün başlayıb.

Xatırladaq ki, Hindistanda dünya pələnglərinin təxminən 70 faizi yaşayır.
 Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − 3 =