Pakistan Hindistanı terrorizmə dəstəkdə ittiham etdi

Pakistan Hindistanı terrorizmə dəstəkdə ittiham etdi

Az.shafaqna.com Eastnews.org-a istinadən xəbər verir ki, Pakistanın Hindistanı terrorizmi maliyyələşdirməkdə günahlandırdığı və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) 5 daimi üzvünün – ABŞ, Çin, Rusiya, İngiltərə və Fransanın səfirlərinə paytaxt İslamabadda məsələ ilə əlaqədar məlumat verdiyi bildirilib.

Açıqlamada səfirlərə Hindistanın Pakistanda terrorçuluğun planlaşdırılması, təşviqi, dəstəklənməsi, təhriki, maliyyələşdirilməsi və həyata keçirilməsində iştirakı barədə məlumat verildiyi ifadə edilib.

Hindistanın Pakistanda terrorçuluğu maliyyələşdirdiyinə dair qəti dəlillərdən ibarət sənədin səfirlərə verildiyi və Hindistan hökumətinin Pakistana qarşı terrorçuluğa və sabitliyi pozan fəaliyyətlərə dövlət əlilə dəstəyi barədə beynəlxalq ictimaiyyətə çatdırmağa davam edəcəyi qeyd edilib.

Pakistanın bu addımı bir neçə gün əvvəl Kəşmir Nəzarət Xəttindəki iki ölkə arasındakı qarşıdurmalardan sonra atılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + 8 =