Pakistanda DƏHŞƏT: 12 uşaq avtobusda yanaraq ÖLDÜ

Pakistanda DƏHŞƏT: 12 uşaq avtobusda yanaraq ÖLDÜ

Publika.az xəbər verir ki, bu barədə “Arab News” yazır.

Avtobusda 80 nəfər olub. Onların hamısı Sindin yuxarı əyalətindəki Khairpur, Nathan və Şahdakı kəndlərini vuran daşqınlardan zərər çəkənlərdir.

“Yanmış avtobusun içindən meyitlər çıxarılıb.“Onlardan 12-si uşaq, ikisi qadın və üçü kişidir”, – deyə Sind əyalətinin səhiyyə naziri Qasim Sumro bildirib.

Avtobusda daha bir uşaq meyitinin olduğu da ehtimal edilir. Qurbanların sayının dəqiqləşdiriləcəyi qeyd edilir.

Yanğın gecə saatlarında Nuriabad şəhərində polis idarəsinin yaxınlığında baş verib.

Nuriabad polis rəisinin müavini Vajid Tahim mediaya bildirib ki, bütün avtobusu bürüyən yanğının avtomobilin kondisionerindəki qısaqapanmadan qaynaqlandığı güman edilir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − 1 =