Pakistanda intiharçı hücumu nəticəsində ölənlərin sayı 90-a çatıb
Pakistan mediası bu ölkədə terror aktı qurbanlarının sayının 90 nəfərə yüksəldiyini açıqlayıb.
“Mehr” xəbər agentliyinin Sputnik-ə istinadən verdiyi məlumata görə, Pakistan mediası Pişəvər məscidində baş verən intiharçı partlayışda ölənlərin sayının 90 nəfərə yüksəldiyini açıqlayıb.
Dünən, bazar ertəsi, intiharçı-terrorçu Pişəvərdə məsciddə namaz qılanlar arasında özünü partladıb, bundan sonra məscidin damının bir hissəsi uçub.
Bundan əvvəl bu terror hadisəsi nəticəsində azı 72 nəfərin öldüyü, 157 nəfərin yaralandığı açıqlanmışdı.