Pakistanda partlayış olub, ölən və yaralananlar var

Pakistanda partlayış olub, ölən və yaralananlar var

Pakistanın cənubunda, Karaçi şəhərində törədilən partlayış nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Sind əyalətininin rəhbərliyi bildirib.

Məlumata görə, yaralılardan ikisinin vəziyyəti ağırdır. Bildirilib ki, hadisə naməlum şəxslərin motosikletə quraşdırılan partlayıcı qurğunu işə salması nəticəsində baş verib.

Pakistan ərazisində fəaliyyət göstərən qruplaşmalardan heç bir partlayışın məsuliyyətinin üzərinə götürməyib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 5 =