Pakistanda polis şöbəsinə HÜCUM: 2 terrorçu öldürüldü, yaralılar var

Pakistanda polis şöbəsinə HÜCUM: 2 terrorçu öldürüldü, yaralılar var

Publika.az “Geo” telekanalına istinadla xəbər verir ki, yaraqlılar hadisə yerinə bir neçə dəfə atəş açıb, bundan sonra azı 8-10 nəfər polis bölməsinə daxil olub.

Qeyd edilib ki, silahlılar Pişəvərdə məscidə hücumda olduğu kimi polis geyimində olublar.

Son məlumata görə, atışma zamanı iki yaraqlı öldürülüb, biri polis olmaqla daha beş nəfər yaralanıb.

“Reuters”in məlumatına görə, hücuma görə məsuliyyəti “Təhrik-e-Taliban Pakistan” terror qruplaşması öz üzərinə götürüb.

xxx

20:12

Pakistanın Kəraçi şəhərinin Səddar rayonunda Kəraçi polis polis şöbəsinə terror hücumu həyata keçirilib.

Publika.az xəbər verir ki, təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınan binada ən azı 6-10 terrorçunun olduğu güman edilir.

Hazırda təhlükəsizlik qüvvələri ilə terrorçular arasında silahlı qarşıdurma var.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 − three =