Pakistanda “Taliban” GERİ ÇƏKİLDİ: növbəti bildirişə qədər…

Pakistanda “Taliban” GERİ ÇƏKİLDİ: növbəti bildirişə qədər…

Publika.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Bildirilib ki, Pakistan “Taliban”ı (TTP) Kabildəki danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edildiyini və atəşkəsin növbəti bildirişə qədər uzadıldığını bəyan edib.

Pakistan hökumət rəsmisi də danışıqların müsbət istiqamətdə getdiyini bildirib.

Vurğulanıb ki, Kabildə davam edən danışıqlar silahlılarla pakistanlı siyasətçilər və qəbilə ağsaqqallarından ibarət cirqa məclisi arasında gedir.

TTP (Təhrik-i-Taliban Pakistan) illərdir Pakistan silahlı qüvvələrinə qarşı döyüşür.

TTP Pakistanın Əfqanıstanla sərhəd bölgələrində şəriət qanunlarının öz ultra sərt şərhini tətbiq etmək istəyir. Dağlıq ərazi uzun müddət silahlıların fəaliyyət ocağı olub.

BBC-nin İslamabaddakı müxbiri Secunder Kermani bildirib ki, qrup Əfqanıstan “Taliban”ı ilə sıx, lakin qeyri-müəyyən münasibətə malikdir.

Qeyd edək ki, “Taliban” keçən il Əfqanıstanda nəzarəti ələ keçirdikdən sonra TTP hücumların sayını artıraraq onlarla Pakistan əsgərini öldürüb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven + eight =