Pakistanda yol qəzasında azı 13 nəfər ölüb

Pakistanın Pəncab əyalətində iki avtobusun toqquşması ilə baş verən yol qəzası nəticəsində azı 13 nəfər ölüb.
“Report” TASS-a istinadən xəbər verir ki, avtobuslardan biri təkərinin partlaması nəticəsində aşıb.
Daha sonra digər avtobus və daha bir avtomobilə çırpılıb.
Yaralılar xəstəxanaya çatdırılıb, onlardan bəzilərinin vəziyyəti ağırdır.
Report.az