Pakistanın baş naziri İmran Xan ilk dəfə olaraq Əfqanıstana rəsmi səfərə yollanıb
İmran Xan bu gün Kabilə gedib
SalamNews AvaPress-ə istinadla xəbər verir ki, Pakistanın baş naziri İmran Xan rəhbərlik etdiyi nümayəndə heyətilə birgə Əfqanıstan paytaxtı Kabilə gedib.
Baş nazir ilk dəfə səfər etdiyi Kabildə Əfqanıstan prezidenti Əşrəf Qəni və ölkənin digər rəsmilərilə görüşəcək.
Tərəflər qarşılıqlı əlaqələri, xüsusilədə Əfqanıstanda aparılan sülh danışıqlarını müzakirə edəcəklər.
Bundan öncə Əfqanıstan rəhbərliyi ölkədə silahlı qrupların hücumları ilə bağlı bir neçə dəfə rəsmi İslamabadı dəfərlərlə ittiham edib.