Pakistanın baş naziri İŞİD-in 11 Əhli-Beyt (ə) ardıcılını öldürdüyü Bəlucistana gedir

Pakistanın baş naziri İŞİD-in 11 Əhli-Beyt (ə) ardıcılını öldürdüyü Bəlucistana gedir

Pakistanın Bəlucistan bölgəsində 11 mədən işçisinin öldürülməsindən və bölgədə məqsədli qətllərin artmasından sonra, bəzi Pakistan mənbələri baş nazir İmran Xanın bölgəyə səfər edə biləcəyini bildirib.

Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, yüzlərlə Əhli-Beyt (ə) davamçısı olan Xəzəri icmasının üzvlərinin iki gün əvvəl Bəlicistan bölgəsindəki ailə üzvlərinin və qohumlarının öldürülməsinə etiraz olaraq, Kvettanın qərb ətrafında oturaq aksiyası keçirdiyini, qurbanları dəfn etmədən əvvəl İmran Xanın gəlməsini və sağ qalanlara təsəlli verməsini tələb etdikləri bildirilib.

Səfərin tarixi hələ müəyyənləşməyib, lakin hökumət baş nazirin həlak olanların ailələri və etirazçılarla söhbət etmək üçün Bəlucistana getməsinə qərar verdiyini bildirib.

Bundan əvvəl baş nazir hökumətin həlak olan mədən işçilərinin ailələrinə sahib çıxacağını bildirmişdi.

Qeyd edək ki, iki gün əvvəl Pakistanın Bəlucistan vilayətinin Maç bölgəsində İŞİD terrorçularının atəş etməsi nəticəsində ən azı 11 kömür mədəni işçisi həlak olmüş və bir neçə nəfər yaralanmışdı. Məlumata görə, həlak olan mədən işçiləri Kvettadakı Xəzəri Əhli-Beyt (ə) davamçıları icmasından olduğu bildirilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + 3 =