Pakistanın cənub-qərbində Sərhəd Xidməti qüvvələrinə hücum edilib, azı 15 ölü var
Pakistanın Bəluçistan bölgəsində Çinin yatırımlar etdiyi şirkətə və bu şirkətin təhlükəsizliyini təmin edən Sərhəd Xidməti qüvvələrinə hücum edilib. Ölənlər var.
SalamNews RT-ə istinadla xəbər verir ki, bu barədə məlumatı “The Times of İndia” qəzeti yayımlayıb.
Mənbə iki pakistanlı kəşfiyyat zabitinə istinadla bildirib ki, Pakistanın Bəluçistan bölgəsində Ərəb dənizi sahili yaxınlığında Çinin neft-qaz sahəsilə bağlı böyük yatırımlar etdiyi şirkətə və bu şirkətin işçilərinin təhlükəsizliyini təmin edən Sərhəd Xidməti qüvvələrinə naməlum silahlılar tərəfindən hücum edilib.
Məlumata görə, hücum nəticəsində şirkətin 7 işçisi və 8 Sərhəd Xidməti əməkdaşı həyatını itirib.
Bəzi mənbələr hücumun bölgədə separatçı qüvvə kimi tanınan “Bəliçistanın Azadlıq Cəbhəsi” tərəfindən törədilıdiyi qənaətindədirlər.