Pakistanın Fransa səfirini deportasiya edəcəyi iddia edildi
Eastnews.org-un verdiyi xəbərə görə, Pakistanın 2-3 ay ərzində Fransanın İslamabaddakı səfirini qovacağı və Parisə yeni səfir təyin etməyəcəyi iddia edilib.
Həftə sonundan bəri Ravalpindi şəhərində Fransa prezidenti Emmanuel Makronun İslam və İslam Peyğəmbəri əleyhinə açıqlamalarına etirazlarını davam etdirən “Təhriki Ləbbeyk Pakistan” (TLP) ilə hökumət arasında razılaşma əldə edildiyi irəli sürülüb.
Hökumət hələ razılaşma ilə bağlı açıqlama verməyib.
Bu arada, Daxili İşlər Nazirliyi son bir neçə gündə Pəncabda tutulan TLP üzvlərinin sərbəst buraxılması barədə təlimat verib.
Xatırladaq ki, Pakistanın Parisdəki səfiri Muinül Haq ölkənin avqust ayında Pekindəki səfiri təyin edilmişdi. İslamabad rəhbərliyi Parisə yeni səfir təyin etməmişdi.