Pakistanın müdafiə naziri Hindistanla 2-4 gün ərzində müharibə başlaya biləcəyini deyib

Pakistanın müdafiə naziri Hindistanla 2-4 gün ərzində müharibə başlaya biləcəyini deyib

Pakistanın müdafiə naziri Xavaca Asif Hindistanla 2-4 gün ərzində müharibə başlaya biləcəyini deyib.

APA xəbər verir ki, bu barədə Pakistanın “Dawn” qəzeti məlumat yayıb.

“Biz üfüqdə müharibənin yaxınlaşdığı faktına zehni olaraq hazır olmalıyıq. Müharibənin yaxın iki, üç və ya dörd gündə başlaya biləcəyinə dair çox real ehtimal var”, – nazir bildirib.

O həmçinin ölkənin suverenliyinə təhlükə yaranacağı və ya hərbi embarqo tətbiq olunacağı təqdirdə Pakistanın istənilən hərbi əməliyyata 100 faiz hazır olduğunu deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight + 17 =