Pakistanlı bloger: “Dünya ictimaiyyətinin Gəncədə baş verənlərə göz yummayacağına inanıram”
“Gəncədə baş verənləri öyrənəndən sonra mən şoka düşdüm”.
Bunu jurnalistlərə açıqlamasında pakistanlı jurnalist-bloger Muhammed Şahabuddin Maxdum deyib.
O bildirib ki, müharibədə kimin haqlı, kimin haqsız olmasından asılı olmayaraq dinc əhali heç vaxt atəşə məruz qalmamalıdır: “Odur ki, mən dünya ictimaiyyətinin Gəncədə baş verənlərə göz yummayacağına inanıram. Çünki dünya bu haqsızlığa göz yummamalı, cinayətkarlar öz cəzalarını almalıdır.”
Apa