Paris-2024 Yay Paralimpiya Oyunlarının təqvimi açıqlanıb

Paris-2024 Yay Paralimpiya Oyunlarının təqvimi açıqlanıb

2024-cü ildə Fransanın paytaxtı Parisdə təşkil olunacaq XVII Yay Paralimpiya Oyunlarının təqvimi açıqlanıb.

“Report”un məlumatına görə, avqustun 28-də paralimpiadanın rəsmi açılış mərasimi keçiriləcək.

Yarışlara isə avqustun 29-da paravelosiped, para-üzgüçülük və parataekvondo ilə start veriləcək.

Paralimpiya Oyunlarının bağlanış mərasimi sentyabrın 8-də baş tutacaq.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları isə iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − nine =