Paris ravvini yəhudiləri Fransanı tərk etməyə çağırdı

Paris ravvini yəhudiləri Fransanı tərk etməyə çağırdı

Paris Böyük Sinaqoqunun baş ravvini Moşe Sebbaq seçkilərdən sonra Fransanı tərk etməyə çağırıb.

Bu barədə Sebbaq “Yerusəlim Post” qəzetinə deyib.

“Bu gün aydındır ki, yəhudilərin Fransada gələcəyi yoxdur. Hər bir gəncə İsrailə və ya daha təhlükəsiz ölkəyə getməyi məsləhət görürəm. Bir çox yəhudi ailəsi əvvəllər Milli Birliyə səs verməyi ağlına belə gətirə bilmirdi, lakin son vaxtlar sollar antisemitizmə çevrilib. Yəhudilər ortada qalıb və kimin onlara daha çox nifrət etdiyini bilmirlər”, – o vurğulayıb.

Onun fikrincə, solçular Fransaya kütləvi immiqrasiyanı dəstəkləyir:

“Lakin bir çox miqrant, xüsusən də müsəlmanlar Fransa cəmiyyətinin bir hissəsi olmağa hazır deyil. Onların arasında antisemitizm hissləri güclüdür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen + ten =