Paris zibil içində
Publika.az xəbər verir ki, Fransada pensiya yaşının mərhələli şəkildə 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan maddə dünən Senatda qəbul edilib.
Makronla təcili görüş tələb edən həmkarlar ittifaqları martın 11-də bütün sektorlarda tətil və etiraz aksiyası keçirmək qərarına gəliblər. Etirazlar çərçivəsində Parisdə təmizlik işçiləri də tətil edirlər.
İşçilərin tətilə çıxması səbəbindən şəhərin küçələrində zibil qalaqları əmələ gəlib.
Artıq 5-ci günüdür ki, tətillə əlaqədar küçələrdə yığılan zibilin miqdarının 3700 tona çatdığı hesablanır.
Publika.az