Parisdə Azərbaycana qarşı təxribat baş verib
2024-cü il Paris Yay Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycana qarşı təxribat baş verib.
Fransanın “France 2” telekanalında canlı yayımında aparıcılar Azərbaycan idmançıları keçərkən Azərbaycana qarşı təxribat xarakterli açıqlamalar veriblər.
Erməni komandasının keçidi zamanı kanalın aparıcılarından biri “Ermənistan, bizim erməni dostlarımız, tarixən fransızların ürəyinə yaxın bir ölkə”,-deyə bildirib. O Qarabağdakı keçmiş qondarma rejim ilə bağlı Azərbaycanı ittiham edib.
Bunun ardınca Azərbaycan komandasının keçidi zamanı aparıcı Azərbaycan Respublikasını “Ermənistanla ərazi məsələsində münaqişədə olan Qafqaz respublikası” kimi təqdim edib.
Hələlik Rəsmi Bakı bu olaya münasibət bildirməyib.