Parisdə Futbol Qələbəsi Xaosa Səbəb Oldu: Ölüm, Yaralılar və Yüz Milyonlarla Avro Zərər! (Video İzlə)
Parisdə Futbol Qalibiyyətindən Sonra Gecə Boyu Baş Verən İxtişaşlar: İki Ölü, Yüzlərlə Yaralı, Milyonlarla Avro Dəyərində Zərər!
Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
Paris, 1 İyun 2025 – Fransanın paytaxtında ötən gecə baş verən genişmiqyaslı iğtişaşlar nəticəsində 2 nəfər həyatını itirib, 192 nəfər yaralanıb, 426 nəfər həbs edilib. Polis qüvvələri vəziyyəti nəzarət altına almağa çalışsa da, şəhərdə gərginlik davam edib. İxtişaşlar, Paris Saint-Germain klubunun son futbol oyunundakı qalibiyyətindən sonra baş verib. Şəhər boyunca mağazalar qarət edilib, ictimai ərazilər dağıdılıb. İlkin hesablamalara görə, hadisələr Parisə yüz milyonlarla avro dəyərində maddi ziyan vurub. Rəsmi qurumlar etirazların genişlənməsinin qarşısını almaq üçün əlavə tədbirlər gördüklərini açıqlayıblar. Fransa hökuməti böhrana qarşı təcili iclas keçirəcəyini bildirib. Avropada artan sosial gərginlik və siyasi mübahisələr fonunda Parisdəki bu hadisələr bölgədə yeni təhlükəsizlik tədbirlərinin müzakirəsini sürətləndirə bilər.