Parisdə iğtişaşlar zamanı 100-dən çox insan həbs edilib

Parisdə iğtişaşlar zamanı 100-dən çox insan həbs edilib

Fransa hüquq-mühafizə orqanları “Sarı jiletlilər” hərəkatının tərəfdarlarının aksiyaları zamanı, eləcə də şənbə günü Parisdə keçirilən nümayişdə 100-dən çox adamı saxlayıb.

Trend-in məlumatına görə, bu barədə paytaxt prefekturanın mətbuat xidməti bildirib.

“Bu şənbə günü, saat 07:00-dan etibarən polis əməkdaşları paytaxtın müxtəlif ərazilərində, xüsusən Port Sen-Klu, Kolumbiya meydanında və Trokaderoda təkrar əməliyyatlar keçiriblər”, – deyə qeyd olunub. Bildirilib ki, polis əməkdaşları ilk növbədə “Sarı jiletlilər” hərəkatı tərəfdarlarının razılaşdırılmamış nümayişlərinin qarşısını alıblar, onların bir çoxu təkrar iradlardan sonra saxlanılıb və cərimələnib.

Həmçinin, bir qrup aqressiv nümayişçinin Respublika meydanı yaxınlığında olduğu müəyyən edilib, onlar orada keçirilən Ukraynaya dəstək nümayişinə qoşulub. Bildirilib ki, polis əməkdaşlarının müdaxiləsi zamanı 103 nəfər həbs edilib.

Trend.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − 7 =