Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsində reyd keçirilib

Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsində reyd keçirilib

Fransa polisi gələn il Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının Sen-Deni şəhərində yerləşən Təşkilat Komitəsində reyd keçirib.

APA xəbər verir ki, bu barədə Komitədən BBC agentliyinə bildirilib.

Reyd qərarı Fransa Milli Maliyyə Prokurorluğu tərəfindən verilib.

Komitədən bildirilib ki, polisin araşdırmasını asanlaşdırmaq üçün əməkdaşlıq edilir.

Axtarış barədə əlavə detallar və izahat təqdim edilməyib.

Onu da əlavə edək ki, Fransa paytaxtında Yay Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək, Paralimpiya Oyunları isə avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − 3 =