Parisdə qaradərili kişini döyən polislər işdən qovuldu

Parisdə qaradərili kişini döyən polislər işdən qovuldu

Parisdə qaradərili kişini vəhşicəsinə döydüyünə görə, üç polis işdən çıxarılıb.

Deyerler.org France 24-ə istinadən xəbər verir ki, Parisdə bir qaradərili kişinin polis tərəfindən döyüldüyü videonun yayımlanmasından sonra, Fransa Daxili İşlər Nazirliyi hadisəyə qarışan üç polis məmurunun işdən çıxarılması barədə əmr verib.

Bu gün (27 noyabr) səhər saatlarında üç polisin Parisdəki bir studiyanın içərisində qaradərili şəxsə hücum etməsinin videosunun yayılması sosial şəbəkə istifadəçilərini qəzəbləndirib.

Fransa mətbuatı döyülən şəxsin musiqi prodüseri olduğunu yazır.

Mediada sadəcə ləqəbi (Mişel) bəhs edilən həmin şəxsin döyülməsinin səbəbinin maska taxmaması olaraq verilir. Koronavirusun qarşısını almaq üçün Parisdə maska taxmaq məcburidir.

Hadisə Makron hökumətinin Fransa polisinin çəkilişi və sərbəst buraxılmasını məhdudlaşdıran qanun layihəsini təklif etdiyi vaxta təsadüf edir.

Layihə insan haqları müdafiəçiləri və jurnalistlərin etirazlarına səbəb olub və belə bir qanun layihəsinin qəbul edilməsinin polis zorakılığını gizlədəcəyi bildirilib.

Onu da qeyd edək ki, qaradərili kişinin döyülməsinin videosunun yayılması, Fransa polisinin Parisin mərkəzindəki müvəqqəti qaçqın düşərgəsini boşaltmaq üçün gözyaşardıcı qazdan istifadə etməsindən bir neçə gün sonra baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 − three =