Parlament DSMF-nin gələn il üzrə büdcəsini ikinci oxunuşda qəbul edib
Milli Məclisin payız sessiyasının bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Layihəni Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.
Layihə müzakirə olunmadan ikinci oxunuşda qəbul olunub.
Report