Parlament sədri Beynəlxalq Cinayət Məhkəməsini dəstəklədi
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə Parlamentinin sədri çərşənbə günü Ankaranın sionist rejimin Fələstin vətəndaşlarına qarşı işlətdiyi müharibə cinayətləri ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) istintaqını dəstəklədiyini bildirib.
Pakistanın paytaxtı İslamabadda səfərdə olan Mustafa Şentop, Anadolu xəbər agentliyinə verdiyi açıqlamada deyib: “Beynəlxalq Cinayət Məhkəməsi (ICC) bu ilin əvvəlində Təl-Əvivin müharibə cinayətlərinin qanuni şəkildə mühakimə olunmasına yol açacaq bir istintaq işini başlatdığını elan etdi.”
O, belə deyib: “Bu qərarı və bununla əlaqədar ehtimal olunan bütün addımları dəstəkləyirik.”
Beynəlxalq Cəza Məhkəməsi fevral ayında Qəzza zolağı, işğal altında olan Qərb Şəriyə və həmçinin Şərqi Qüdsə dair yurisdiksiyaya malik olduğuna qərar vermişdir.
Mustafa Şentop həmçinin belə əlavə edib: “Təəssüf ki, İslam Əməkdaşlıq Təşkilatının vəzifəsi Qüdsü və Fələstini dəstəkləmək olsa da, Fələstin məsələsində ciddi bir həll yoluna nail ola bilməmişdir. Təəssüflər olsun ki, bəzi müsəlman ölkələri Fələstin məsələsində susur və ya səslərini yetərincə qaldırmırlar. Bu doğru deyildir!”