Partiya sədri İraq hökümətinə xəbərdarlıq etdi

Partiya sədri İraq hökümətinə xəbərdarlıq etdi

Eastnews.org-un verdiyi xəbərə görə, İraqın “Əs-Sənəd əl-Vətən” siyasi partiyasının sədri Əhməd əl-Əsədi hökumətə ABŞ ilə bağlı xəbərdarlıq edib.

Əhməd əl-Əsədi açıqlamasında bildirib ki, hökumət ABŞ hərbi qüvvələrinin İraqdan çıxarılması üçün parlamentin qərarını kənara atmağa çalışır.

“Onlar sanki elə etmək istəyirlər ki, bu mövzu qapansın və heç kim bu barədə fikir bildirməsin”, – deyə Əhməd əl-Əsədi açıqlamasında diqqətə çatdırıb.

Partiya sədri hökumətin parlament qarşısında məsuliyyət daşıdığını xatırladıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − two =