Paşinyan BƏYAN ETDİ: Azərbaycanla sülh sazişi imzalanacaq

Paşinyan BƏYAN ETDİ: Azərbaycanla sülh sazişi imzalanacaq

Publika.az “Report”a istinadla xəbər verir ki, o, bu barədə “Ermənistanın diplomatiya günü”nə həsr olunmuş tədbirdə deyib.

“Gündəlikdə regional kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası, həmçinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələləri var”, – Baş nazir vurğulayıb.

Xatırladaq ki, ikinci Qarabağ müharibəsində hərbi əməliyyatların dayandırılması ilə bağlı 2020-ci ilin 10 noyabrında Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli bəyanat imzalanıb. 

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + 14 =