Paşinyan: Ermənistan və Azərbaycan sülh sazişini imzalamazdan əvvəl onu paraflaya bilər

İrəvan və Bakı sülh sazişini imzalamazdan əvvəl onu paraflaya bilər.
“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
“Bəli, belə bir ideya da var. Belə bir ideya müzakirə masasındadır”, – o qeyd edib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycanla sülh sazişinin imzalanması yolunda heç bir imkanı əldən vermir.