Paşinyan: Hazırda Ermənistan üçün ən vacibi Azərbaycanla sülhdür

Paşinyan: Hazırda Ermənistan üçün ən vacibi Azərbaycanla sülhdür

“Bu gün Azərbaycanla sülhün qorunmasının İrəvanın xarici siyasət fəaliyyətinin yeni prioritetinə çevriləcək. Əldə edilən sülhün uzun müddət qorunması prioritetdir”.

SalamNews-un Vestnik Kavkaza-a istinadən məlumatına görə, bunu Ermənistan baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib.

Paşinyan çıxışında müxalifət qüvvələrini bilərəkdən hakimiyyət orqanlarına qarşı dezinformasiya yaymaqda təqsirləndirib.

“Hər zaman olduğu kimi qanla hakimiyyətə qayıtmalarını təmin etməyə çalışırlar. Sizə inamla deyirəm ki, buna imkan verməyəcəyik. Hakimiyyəti möhkəm saxladığımız üçün deyil, qürurlu erməni xalqı bunu istəmədiyi üçün”,- deyə Paşinyan qeyd edib.

Onun sözlərinə görə, müxalifət qüvvələri hakimiyyətə qarşı dezinformasiya yayırlar.

“Bəzi qüvvələr Ermənistanda güc çatışmazlığı görünüşü yaratmağa çalışırlar. İqtidara qayıtmalarını təmin etmək üçün ölkədə fəsad törətmək istəyirlər. Ancaq buna nail ola bilmirlər. Xalqı qanuni hökumətə qarşı çevirə bilməzlər”,- deyə Paşinyan sözlərinə əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × three =