Paşinyan İlham Əliyevlə görüşmək üçün Brüsselə gedir

Publika.az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Nikol Paşinyan mayın 22-də işgüzar səfərlə Brüsselə gedəcək. Liderlərin görüşü də məhz bu səfər çərçivəsində baş tutacaq.
Qeyd edək ki, sonuncu dəfə bu formatda danışıqlar aprelin 6-da baş tutub.
Publika.az