Paşinyan Niderlandda həmvətənləri tərəfindən təhqir olunub

Paşinyan Niderlandda həmvətənləri tərəfindən təhqir olunub

Niderlandın Assen şəhərinin erməni icmasının nümayəndələri Ermənistanın bu ölkəyə rəsmi səfərə gələn Baş naziri Nikol Paşinyanı təhqir ediblər.

Bu barədə “Report” “News.am”a istinadən xəbər verir.

Məlumata görə, icma fəalları avtomobilindən düşən Baş naziri “Satqın Nikol”, “qatil”, “mülkədar” kimi və başqa təhqiramiz şüarlarla qarşılayıblar. Təhqirlərin sayı o qədər çox olub ki, videogörüntülərdə Paşinyan əleyhinə səslənidirlən bəzi təhqirlərə görə səs kəsilib.

Qeyd edək ki, Paşinyan Niderlandda 2 günlük rəsmi səfərdədir.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two − one =