Paşinyan Rusiyanı yıxıb-sürüdü, Qərbi müdafiə etdi

Paşinyan Rusiyanı yıxıb-sürüdü, Qərbi müdafiə etdi

Publika.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan mayın 22-də keçirilən mətbuat konfransında bildirib.

O xatırladıb ki, 2021-ci ildə Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidə kənd təsərrüfatı işlərini həyata keçirən traktorçu snayper tərəfindən vurulub (Paşinyan terrorçunu traktorçu kimi təqdim edir – red.). Paşinyanın fikrincə, Rusiyadan bu hadisəyə lazımi reaksiya olmayıb. “Eyni zamanda, sülhməramlılar həmin adamı inandırmışdılar ki, heç bir problem olmayacaq. Burada Qərbin nə günahı?”

O vurğulayıb ki, Ermənistan – Aİ, Ermənistan – ABŞ arasında münasibətlərin gündəliyində Rusiyanın sıxışdırılması məsələsi yoxdur. “Başqa bir sual ondan ibarətdir ki, təhlükəsizlik məsələləri Qərb tərəfdaşları ilə müzakirə olunub. Bilmirəm, onlar bunu düzgün ediblər, ya yox, amma əvvəllər belə məsələlər müzakirə olunmurdu, çünki onlar hesab edirdilər ki, regionda ən azı de-yure etibarlı və toxunulmaz olmalı olan təhlükəsizlik arxitekturası formalaşıb. Bu təhlükəsizlik sisteminin obyektiv və ya subyektiv səbəblərdən işləmədiyini görəndə, biz Qərb tərəfdaşları ilə təhlükəsizlik məsələlərini də müzakirə edirik”, – Paşinyan deyib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − nineteen =